Gecə klubunda əyləncə futbolçulara baha başa gəldi
İdman
13.09.2024 13:03
Kosovo milli komandasının düşərgəsində qalmaqal baş verib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, buna millinin üç futbolçusunun intizamsız davranışı səbəb olub.
Hadisə UEFA Millətlər Liqasının Kosovo – Rumıniya (0:3) matçından sonra baş verib.
Oyundan sonra Kosovo millisinin üç üzvü - Floran Musliya, Edon Jeqrova və Ariyanet Muriç gecə klubuna gediblər. Onlar klubda gecə saat 2-yə qədər əyləniblər.
Hadisədən sonra hər üç futbolçu millinin heyətindən uzaqlaşdırılıb. Lakin futbolçulardan Muriç ittihamları təkzib edib.O, komanda yoldaşları ilə gecə əyləncəsinə deyil, sadəcə axşam yeməyi üçün kluba getdiyini bildirib.
Kosova Futbol Federasiyasının prezidenti Agim Ademini adları çəkilən oyunçularıı təhdid edib. Qurumun rəhbəri futbolçuların ayağını qırmaqla hədələyib.
Qeyd edək ki, Federasiya prezidentinin belə sərt reaksiyasının səbəbi həmin oyunçuların daha öncə də bənzər qalmaqallara qarışmasıdır.
Namiq HUN
tag: Futbolçular, Kosova, Agim Ademi,Floran Musliya,Edon Jeqrova, todaypress.az,