“Game Set & Match” məşhurların gəlirlərini açıqladı

İdman

20.01.2025 16:26

Məşhur futbolçuların sosial şəbəkə vasitəsi ilə reklamdan əldə etdikləri gəlir məlum olub.

TodayPress xəbər verir ki, bu barədə “Game Set & Match” şirkəti məlumat yayıb. 

Birinci pilləni Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı Kriştiano Ronaldo tutur. O, bir paylaşımdan 1,4 milyon dollar qazanır.

ABŞ-nin “İnter Mayami” klubunda çıxış edən argentinalı Lionel Messi 1,1 milyon dollarlıq gəlirlə ikincidir. İlk üçlüyü isə 615 min dollar qazancla  Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına məxsus olan Neymar təşkil edir.


Namiq HUN

tag: Futbol, İdman, Əl-Nəsr,Game Set & Match,Ronaldo,todaypress.az,