Fyuri: “Mən pul üçün boksla məşğul oluram”

İdman

26.10.2024 10:59

Britaniyalı boksçu Tayson Fyuri maraqlı açıqlama verib.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, Fyuri boksun yalnız maliyyə tərəfi ilə maraqlandığını etiraf edib:

“Pul üçün boksla məşğul oluram. Bunu etiraf edə bilən yeganə şəxs mənəm. Məni ancaq pul maraqlandırır. Rinqə ancaq bu məqsədlə çıxıram. Beynimdə yalnız bir fikir var, karyeramda müəyyən bir məqamda nə qədər pul qazana bilərəm. Bədənim, əlcəklərim var, qiymət mənə uyğun gəlsə, döyüşəcəm. Mən həqiqəti deyirəm”.

Qeyd edək ki, Ukrayna peşəkarı Aleksandr Usiklə Tayson Fyuri arasında döyüş dekabrın 21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Döyüşdə ukraynalı boksçu WBC, WBO, WBA versiyaları üzrə dünya çempionu titullarını qorumağa çalışacaq.

Namiq HUN

tag: Britaniya,Tayson Fyuri, Pul, Boks, Rinq, todaypress.az,