FWA 3-cü dəfə Salahı ilin futbolçusu seçdi

İdman

09.05.2025 15:50

11

“Liverpul” klubunun futbolçusu Məhəmməd Salah İngiltərədə Futbol Yazarları Assosiasiyası (FWA) tərəfindən mükafata layiq görülüb.   

TodayPress xəbər verir ki, misirli vinger Premyer Liqada ilin ən yaxşı futbolçusu seçilib. 

Salah təşkilatın 900-dən çox üzvünün iştirak etdiyi səsvermədə səslərin 90%-ni toplamaqla XXI əsrdə ən yüksək nəticəyə nail olub.   

Qeyd edək ki, Salah üçüncü dəfə bu mükafatı qazanmaqla Tyerri Anrinin rekordunu təkrarlayıb.

O, daha əvvəl 2018 və 2022-ci illərdə FWA tərəfindən ilin ən yaxşısı seçilib.   

Namiq HUN

tag: Salah ,Liverpul, İngiltərə ,Futbol,Todaypress.az,