Füzulidə beynəlxalq avarçəkmə turniri keçiriləcək
İdman
12.10.2024 17:25
16-18 oktyabr tarixlərində “Mingəçevir Reqatası-2024” beynəlxalq turniri keçiriləcək.
TodayPress xəbər verir ki, ənənəvi reqata ilk dəfə işğaldan azad olunmuş Füzulidə - Aşağı Köndələnçay su anbarında təşkil ediləcək.
Yarışda 12 ölkədən 100-dək idmançı mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası buna qədər işğaldan azad olunmuş ərazilərimizdən Suqovuşanda ilk dəfə geniştərkibli idman tədbiri, həmçinin “Prezident Kuboku” və “Mingəçevir Reqatası” beynəlxalq turnirlərini təşkil edib.
Namiq HUN
tag: Mingəçevir Reqatası-2024,Avarçəkmə,Turnir,İdmançı,Todaypress.az,