Futzal referilərimiz AVRO-2026-nın oyununda

İdman

30.11.2024 14:58

Azərbaycanın futzal hakimləri beynəlxalq matça təyinat alıblar.

TodayPress Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, AVRO-2026-nın əsas mərhələsi çərçivəsində Çexiya - Belçika matçı FIFA referilərimizə tapşırılıb. 

Dekabrın 13-də Plzen şəhərində keçiriləcək matçı Hikmət Qafarlı, Knyaz Əmiraslanov və Əli Cəbrayılov idarə edəcək.

Namiq HUN

tag: Azərbaycan, Plzen, FIFA,Hikmət Qafarlı, todaypress.az,