Futzal millisi İsveçlə heç-heçə etdi

İdman

18.12.2024 09:37

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində ilk oyununa çıxıb.

TodayPress xəbər verir ki, komandamız doğma meydanda İsveç seçməsini qəbul edib. 

Bakı İdman Sarayında baş tutan görüş 3:3 hesablı heç-heçə ilə  yekunlaşıb.

Millimizin heyətində Oqtay Rüstəmli dubl edib və Xəzər Ağalızadə fərqlənib. 

Qeyd edək ki, İsveç millisi ilk matçında evdə Yunanıstana 1:4 hesabı ilə məğlub olub.

Namiq HUN

tag: Milli ,Heyət, Yekin ,İsveç, todaypress.az,