Futzal millisi FIFA reytinqində gerilədi
İdman
11.10.2024 16:50
Azərbaycanın futzal millisi FIFA reytinqində üç pillə geriləyib.
TodayPress xəbər verir ki, ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.
Milli komanda hazırda 1126.35 xalla 32-ci pillədə qərarlaşıb.
Ötən siyahıda 1139,38 xalla 29-cu olan komandamız, 13,04 xal itirməklə 3 pillə geriləyib.
Siyahıya 1650,75 xalla Braziliya başçılıq edir.
Portuqaliya 1546.33 xalla ikinci yerdədir. İlk üçlüyü aktivində 1520,59 xalı olan Argentina təşkil edir.
Namiq HUN
tag: FIFA ,Reytinq,Braziliya,Futzal millisi,Todaypress.az,