Futzal millimiz Avropa çempionatında Xorvatiyaya məğlub oldu
Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.
TodayPress xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.
Yığmanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub.
Millinin yer aldığı V qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla ikinci, eyni xala malik İsveç üçüncü, Azərbaycan 2 xalla sonuncu olub.
tag: Azərbaycan,Xorvatiya, Məğlub, Avropa, Bakı, todaypress.az,