Futbolun yaradıcıları "overtaym" da mərhələ adladı
İdman
30.06.2024 22:51
Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin ikinci oyun günü Helzenkirhendə başladı.
TodayPress xəbər verir ki, “Aufşalke Arena”da İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib.
Qrup mərhələsində Belçikanı büdrədən slovakiyalılar ilk 25 dəqiqənin tamamında ingilislərin də kefini pozmağı bacarıblar. İvan Şrans qol şansını qaçırmayıb 1:0. İngilislər yalnız 90+5-ci dəqiqədə məğlubiyyətdən canlarını qurtarıblar. Cud Bellingem sensasiyaya izn verməyərək matçı overtayma daşıyıb 1:1. Əlavə 30 dəqiqənin startı da İngilislərə düşərli olub. Komandasını hesabda irəli çıxaran Harri Keyn matçın qəhrəmanı olub. AVRO-2020-nin finalçısı yoluna davam edir.
Namiq HUN
tag: İngiltərə, Slovakiya, Avro-2024, Futbol, İdman, todaypress.az,