Futbolu qumara qoyanlar cəzalandırıldılar
İdman
10.09.2024 15:25
Çində 43 nəfər qumar və danışılmış oyunlar səbəbindən futboldan ömürlük uzaqlaşdırılıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Futbol Assosiasiyası (CFA) məlumat yayıb.
Cəzalandırılanlar arasında Çin millisinin sabiq futbolçuları Sin Sindao, Quo Tianyu və Qu Çao da var. Cənubi Koreyanın bu ölkədə legioner həyatı yaşayan futbolçusu Sonq Çun Ho da cəzadan qaça bilməyib.
Çin hakimiyyəti iki ildir ki, onlayn qumar, danışılmış oyunlar və rüşvətlə bağlı məsələləri araşdırır.
Qeyd edək ki, istintaqda 120 matç, 128 cinayətdə şübhəli bilinən şəxs və 41 futbol klubu iştirak edib. İttiham olunanlardan 17 nəfəri beş il müddətinə diskvalifikasiya edilib.
Namiq HUN
tag: Futbol, Qumar ,Çin ,Sin Sindao, Sonq Çun Ho, Hakimiyyət, todaypress.az,