Futbolda yeni dövr: Çəhrayı kart – Kimlərə veriləcək?

İdman

20.06.2024 14:25

2024-cü ildə Amerika Kubokunda hakimin arsenalında çəhrayı vərəqə olacaq. Futbolçu kəllə-beyin travması və ya beyin silkələnməsi səbəbindən dəyişdirilərsə, hakim çəhrayı vərəqə göstərəcək. Bu hər oyunda bir dəfə olacaq və oyun ərzində icazə verilən beş heyət dəyişikliyinə əlavə olaraq yerinə yetiriləcək.

TodayPress xəbər verir ki, bundan başqa mavi vərəqənin də futbolda tətbiqi reallaşa bilər. Bu, sarı vərəqə ilə cəzalandırılanlardan daha aşkar olan qəsdən pozulmalara şamil ediləcək. Mavi vərəqəyə görə oyunçu on dəqiqə meydandan kənarlaşdırılacaq. Lakin FİFA bu qaydanın tətbiq üçün hələ tez olduğunu açıqlayıb.

2024-cü il Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.

tag: Amerika Kuboku,Çəhrayı kart , Futbol, Hakim, Qərar, todaypress.az,