Futbolda gündəm olan unikal hadisə

İdman

12.03.2025 10:50

1722

Türkiyənin qadınlardan ibarət “Eskişehirspor” klubunun cəzalandırılan baş məşqçisi Pınar Konca komandasının oyununu idarə etmək üçün bu yola əl atıb.   

TodayPress xəbər verir ki, intizam cəzasına görə ehtiyat oyunçular skamyasında yer ala bilməyən Pınar klub avtobusunun damına dırmanıb.

Konca oyundan sonra seçiminə aydınlıq gətirib.   

“Tribunalar çox uzaqda idi, lakin avtobusun damı meydanı daha yaxşı görməyə imkan verirdi” deyə “Eskişehirspor”un baş məşqçisi bildirib.  Pınarın qeyri-ənənəvi yanaşması futbol azarkeşlərinin marağına səbəb olub.   

Xatırladaq ki, Pınar Konca əvvəlki matçda futbolçusunu müdafiə etmək üçün rəqibin ehtiyat oyunçular skamyasına qaçdığına görə referi tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb. Bu, səbəbdən o, növbəti matç zamanı oyunu izləmək üçün alternativ yol tapmalı olub.   

Namiq HUN

tag: Türkiyə,Futbol,Eskişehirspor,Pınar Konca,Todaypress.az,