Futbolda az rast gəlinən hadisə yaşandı
İdman
18.12.2024 14:00
İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində qalib komandanın adı 38 penaltidən sonra məlum olub.
TodayPress xəbər verir ki, növbəti mərhələyə penaltilər seriyasında səfərdə “Blekpul”a 18:17 hesabı ilə qalib gələn "Aston Villa"nın U-21 komandası yüksəlib.
Penaltilər seriyasında rəqiblər hərəyə 19 cəhd edib. Meydan sahibləri iki, qonaqlar bir penaltini qaçırıb.
Sonuncu 38-ci penaltidən müdafiəçi Cordan Qabriel fərqlənə bilməyib. Maraqlıdır ki, futbolçu “Blekpul”un 8-ci penaltisini uğurla yerinə yetirib.
Namiq HUN
tag: Meydan, Komanda, Rəqib, Futbol, Hadisə,todaypress.az,