Futbolda atışma oldu, yaralananlar var
İdman
11.11.2024 13:15
İspaniyanın Qranada şəhərində uşaqlar arasında futbol matçı zamanı tribunada atışma baş verib.
TodayPress xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb.
Yerli mətbuatın yazdığına görə, polis hadisə yerini tərk edən cinayətkarı axtarmaqda davam edir. Atışma 8-9 yaş qrupunun komandaları arasında keçirilən oyun zamanı tribunada baş verib. İlk atəşlərdən sonra oyun dayandırılıb və uşaqlar tribunanın alt hissəsinə sığınıb.
Hadisə yerinə gələn polis əməkdaşları meydanı və tribunaları yoxlayaraq iki 22 millimetrlik mərmi tapıblar. Yaralanan iki nəfər xəstəxanaya aparılıb.
tag: İspaniya, Qranada, Hadisə, Atışma, Yaralı, todaypress.az,