Futbolçumuz Rusiya klubundan yeni təklif aldı

İdman

08.05.2025 18:11

16

Rusiyanın qadın futbolçulardan ibarət “Zenit” klubu Azərbaycan millisinin üzvü Nigar Mirzəliyevaya yeni müqavilə təklif edib.   

TodayPress xəbər verir ki, 23 yaşlı müdafiəçi Santk-Peterburq təmsilçisindən aldığı yeni sözləşməyə hələlik qərar verməyib.

Nigar daha sərfəli təkliflər gözləyir.   

Qeyd edək ki, Mirzəliyevanın “Zenit” klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin dekabr ayında başa çatacaq. 

(AZƏRTAC) 

Namiq HUN

tag: Nigar Mirzəliyeva,Futbol,Rusiya,Komanda,Todaypress.az,