Futbolçulara çağırış vərəqələri verildi

İdman

09.11.2024 19:00

“SC Poltava” futbol klubunun bütün üzvləri Ukrayna Birinci Liqasının 15-ci turunun “Kudrovka-Niva” ilə oyununa gedərkən hərbi komissarlığa aparılıb.

TodayPress xəbər verir ki, bu barədə jurnalist İqor Burbas məlumat verib.

“Keçən həftə sonu “Kudrovka” ilə ev oyununa gedən “Poltava” klubunun avtobusunu hərbçilər saxlayıb, komanda daha sonra Ərazi Çağırış Mərkəzinə aparılıb. Futbolçulara çağırış vərəqələri verilib”. 

Çağırış vərəqəsi verildikdən sonra futbolçular oyuna buraxılıb. 

“Poltava” – “Kudrobka” matçı qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 


Namiq HUN

tag: Ukrayna, Müharibə, Birinci Liqa, SC Poltava, Futbol, İdman,