Futbolçular oyun alverində günahlandırılırlar
Birinci Liqada çıxış edən “Mingəçevir” klubunun 8 futbolçusu həbs olunub.
TodayPress xəbər verir ki, futbolçular klubdaxili iclas zamanı həbs edilib.
Onların hər birinin danışılmış oyunlarda şübhəli bilindiyi ehtimal olunur.
Qeyd edək ki, hadisədən bir gün öncə komandanın baş məşqçisi Ədəhim Niftəliyev istefaya göndərilib.
“Mingəçevir” Birinci Liqanın XI turundan sonra 6 xalla sonuncu - 10-cu sırada qərarlaşıb.
Namiq HUN
tag: Futbolçu, Klub, Liqa ,Məşq, todaypress.az,