Futbolçu zorlamada ittiham olundu
“Espanyol” futbol klubunun əməkdaşı yarımmüdafiəçi Alvaro Aquadonu zorlamada ittiham edib.
TodayPress “El Periodico”ya istinadən xəbər verir ki, hadisə 2024-cü il iyunun 23-də, “Espanyol”un La Liqaya yüksəlməsini qeyd etmək üçün gecə klubunda keçirilən əyləncə zamanı baş verib.
Zərərçəkmişin işdən çıxarılacağından qorxduğu və məhkəmədə ifadə verə biləcəyinə əmin olmadığı üçün əvvəllər şikayət etmədiyi iddia edilir.
O, yanvar ayında polisə müraciət edib. Hadisədən 6 ay keçsə də, polis baş verənləri sübut edəcək heç bir dəlil tapmayıb.
“Espanyol” da futbolçunun hələlik təqsirləndirilmədiyini, lakin istintaq altında olduğunu bildirib.
Alvaro Aquadonun iş üzrə mayın ortalarında ifadə verəcəyi bildirilib.
Namiq HUN
tag: Espanyol,Alvaro Aquado,Zorlama,İtitham,Todaypress.az,