Futbolçu zorakılıqda ittiham olundu
“İnter” klubunun futbolçusu Markus Türam məişət zorakılığında ittiham olunur.
TodayPress xəbər verir ki, kinoaktrisa Şarlott Leviş sosial şəbəkə hesabındakı paylaşımı ilə futbolçunu onu döyməkdə ittiham edib.
Video UEFA Çempionlar Liqasının “Barselona” ilə cavab yarımfinal oyunu ərəfəsində internetdə yayılıb.
Kinoaktrisa iddia edib ki, Türam “Borussiya Münhenqladbax” klubunda oynadığı zaman ona təzyiq göstərib.
Qeyd edək ki, Markus Türam cari mövsüm “İnter”in heyətində meydana çıxdığı matçlarda 18 qol vurub və 5 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: İnter,Futbolçu,Zorakılıq,İttiham,Todaypress.az,