Futbolçu yol qəzasında həyatını itirdi

İdman

19.04.2025 11:10

11

Xorvatiya millisinin və Fransanın "Monako" klubunun sabiq futbolçusu Nikola Pokrivaç yol qəzasında vəfat edib.   

TodayPress Xorvatiya Futbol Assosiasiyasının (HNS) saytın istinadən xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Karlovats şəhərində minik avtomobillərinin toqquşması nəticəsində həlak olub. 

Qeyd edək ki, Pokrivaçın karyerasında son klubu Xorvatiyanın aşağı divizion təmsilçisi “Vojniç” olub.   

Namiq HUN

tag: Xorvatiya,Futbolçu,Qəza,Vəfat,Todaypress.az,