Futbolçu transferinə 8,4 milyard avro xərcləndi

İdman

27.02.2025 21:03

2090

İngiltərə Premyer Liqasında “Böyük altılıq” kimi tanınan nəhəng klubların çempionluq hədəfinə çatmaq üçün son 8 mövsümdə transferlərə xərclədiyi vəsait məlum  olub.


TodayPress Transfermarkt portalına istinadən xəbər verir ki, bu “Mançester Siti"nin hegemonluq etməyə başladığı 2017-2018 mövsümündən başlanıb.

 

“Dumanlı Albion”un 6 təmsilçisi yeni futbolçuların alınmasına ümumilikdə 8,4 milyard avro xərcləyib.

 

Ötən dövr ərzində həmin klublardan yalnız “Mançester Siti” 6, “Liverpul” isə bir dəfə çempion olub. Digər 4 komanda isə Premyer Liqanın qızıl medallarını qazana bilməyib.

 

“Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted” və “Tottenhem” klubları transfer ödənişlərindən 4,6 milyard avro itirib.

 

Transferlərə ən çox pul, 2,25 milyard avro xərcləyən “Çelsi” Premyer Liqada ilk iki komanda arasına düşə bilməyib


Namiq HUN

tag: ingiltərə, Futbol,Liqa, Böyük Altılıq, Mançester Siti, todaypress.az,