Futbolçu süni komadan çıxarıldı

İdman

15.05.2025 10:00

11

“Nottingem Forest” klubunun hücumçusu Tayvo Avoniyi süni komadan çıxıb.   

TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu təcili əməliyyatdan sonra bərpa prosesinə uğurla başlayıb.   

Forvard Premyer Liqanın XXXVI turunun “Lester”lə matçında (2:2) qapı çərçivəsi ilə toqquşması zamanı qarın nahiyəsindən zədə alıb.

Tayvoya ilkin tibbi yardım göstərildikdən sonra o, böyük çətinliklə oyunu başa vurub. Matçdan sonra Avoniyi təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub.  Hazırda 27 yaşlı futbolçunun huşu özündədir.

Tayvo artıq ailəsi ilə ünsiyyət qurub.   

Qeyd edək ki, Avoniyi cari mövsüm 26 oyuna çıxıb və 1 qol vurub.   

Namiq HUN

tag: Tayvo Avoniyi,Zədə,Klub,Koma,Todaypress.az,