Futbolçu reanimasiyaya yerləşdirildi

İdman

14.09.2024 18:20

2666

Səudiyyə Ərəbistanı millisinin və “Əl-Şəbab” klubunun futbolçusu Fahad Əl-Müvəlladın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki evinin ikinci mərtəbəsinin eyvanından yıxılıb.

TodayPress xəbər verir ki, hadisədən sonra çoxsaylı sınıq xəsarətləri alan futbolçu dərhal xəstəxanaya aparılıb.

O, reanimasiyaya yerləşdirilib. 

Hadisənin səbəbini müəyyən etmək üçün küçə və ev kameralarından qeydə alınan videolara baxılır.

Əl-Muvallad Səudiyyə Ərəbistanının heyətində dünya çempionatının seçmə mərhələsində İndoneziya və Çinə qarşı matçlarda meydanda olub.

“Əş-Şəbab”ın hücumçusu milli komandanın heyətində 74 oyuna çıxıb və 17 qol vurub.

Namiq HUN

tag: Reanimasiya, Səudiyyə Ərəbistan,Əl-Muvallad ,İndoneziya, Çin ,Hücumçu ,todaypress.az,