Futbolçu qalmaqallı açıqlamasının cəzasını aldı
İdman
18.11.2024 16:15
İngiltərə Futbol Assosiasiyası “Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankuru 7 oyunluq cəzalandırıb.
TodayPress xəbər verir ki, o, cənubi koreyalı komanda yoldaşı Son Hın Minə qarşı irqçilikdə günahlandırılır.
Bentankur həmçinin 100 min funt sterlinq məbləğində cərimələnib.
Qeyd edək ki, Rodriqo Bentankur Son Hın Min haqqında danışarkən koreyalıları ayırd etməyin çətin olduğunu söyləyib. Yarımmüdafiəçi komanda yoldaşından üzr istəsə də, irqçilikdə ittiham edilib.
Namiq HUN
tag: İngiltərə, Rodriqo Bentankur, İrqçilik,Tottenhem,Son Hın Min, todaypress.az,