Futbolçu əqli və fiziki istismarda ittiham edildi
Braziliyanın “Vasko da Qama” klubunda top qovan fransalı Dimitri Payet əqli, fiziki və cinsi istismarda itiham edilib.
TodayPress “RMC Sport”a istinadən xəbər verir ki, bu barədə braziliyalı vəkil Larissa Ferrari iddia irəli sürüb.
O, yerli polisə şikayət edib və məsələ ilə bağlı araşdırma başlayıb.
Ferrari dekabrda ilk mübahisələrinin olduğunu, daha sonra isə vingerin onu döydüyünü söyləyib.
Namiq HUN
tag: Vasko da Qama,Klub,Futbolçu,İttiham,Dimitri Payet,Todaypress.az,