Futbolçu dənizdə boğularaq öldü
Xorvatiyalı futbolçu Yakov Jelkiç 24 yaşında vəfat edib.
TodayPress “Daily Mail”ə istinadla xəbər verir ki, onun cəsədi İspaniyanın Alikante şəhərində tapılıb.
Polis Jelkiçlə bağlı videoları nəzərdən keçirib. Görüntüdə İsveçrənin III divizion klubu “Qranj Pakkot”un sabiq oyunçusunun Aralıq dənizi limanı yaxınlığında gecə klubundan içkili halda çıxdığı görülüb.
Cəsədin analizi zamanı Yakov Jelkiçin ağciyərlərində dəniz suyu aşkarlanıb və onun boğularaq öldüyü təsdiqini tapıb.
Namiq HUN
tag: İdman,Futbol,İspaniya,Ölüm,Yakov Jelkiç,