Futbolçu “Dana” qasırğasının qurbanı oldu

İdman

01.11.2024 13:10

“Valensiya”nın futbol akademiyasının tələbəsi Xose Kastilyexo faciəvi şəkildə ölüb.

TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu İspaniyada son 2 gündür davam edən şiddətli daşqınlar nəticəsində dünyasını dəyişib.

28 yaşlı futbolçunun son klubu 2020-ci ildə tərk etdiyi “Vilamarxant” olub.

Qeyd edək ki, “Dana” qasırğası İspaniyada 150-dən çox insanın həyatına son qoyub.

Namiq HUN

tag: Dana, Qasırğa,Xose Kastilyexo , İnsanlar, Qurban, todaypress.az,