Futbol üzrə İspaniya millisi Olimpiya çempionu oldu

İdman

10.08.2024 10:56

Paris Olimpiadasında kişilər arasında futbol yarışının qalibi məlum olub.

TodayPress xəbər verir ki, finalda İspaniya və Fransa milliləri qarşılaşıb.

Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda Serxio Kamelyonun dublu (100 və 120+1)  İspaniya yığmasına multiidman oyunlarının çempionu titulunu qazandırıb. 

Kamelyondan savayı İspaniya komandasının heyətində Fermin Lopes də (18, 25) dubla imza atıb. Oyunun əsas vaxtında vurulmuş 3-cü qolu isə 28-ci dəqiqədə Aleks Baena rəqib qapısından keçirib.

Fransızların heyətində Enzo Millot (11), Maqnes Akliuçe (79) və Jan-Filip Mateta (90+3) fərqlənib.

Namiq HUN

tag: Paris, Olimpia, İspaniya, Fransa, Kamelyon, todaypress.az,