Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirildi

İdman

22.04.2025 21:30

14

Futbol üzrə Azərbaycan Kubokunun final oyununun vaxtı dəyişdirilib.

TodayPress xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Həlledici qarşılaşma əvvəlcədən müəyyən olunduğu kimi iyunun 1-də baş tutmayacaq. Həmin tarixdə Bakıda minifutbol üzrə dünya çempionatının finalı keçiriləcəyi üçün ölkə kubokunun görüşü 1 gün əvvələ - mayın 31-nə təsadüf edəcək. 

Matç öncədən elan olunduğu kimi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək.

tag: Azərbaycan Kuboku, Futbol,Sumqayıt, Matç, todaypress.az,