Futbol üzrə Azərbaycan çempionatı dünya reytinqində irəlilədi
İdman
19.01.2025 16:30
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin yekununa əsasən, dünyanın ən güclü 100 futbol liqasının siyahısını dərc edib.
TodayPress xəbər verir ki, Azərbaycan Premyer Liqası 2023-cü illə müqayisədə cədvəldə 4 pillə irəliləyib.
Çempionatımız 434,25 əmsalla 36-cı yerə yüksəlib.
Azərbaycan Premyer Liqası bu göstərici ilə Avropada 22-ci, keçmiş SSRİ ölkələri arasında isə 1-ci sıradadır. Siyahıya aktivində 1992 əmsal olan İtaliya A Seriyası başçılıq edir.
İspaniya La Liqası 2-ci (1885 əmsal), İngiltərə Premyer Liqası isə 3-cü sırada (1871) qərarlaşır.
tag: Futbol,Liqa,2023,Çempionat,Todaypress.az,