Futbol ulduzu 3,7 milyon rublu fırıldaqçılara verdi

İdman

28.11.2024 13:02

1915

Rusiyanın qadın futbolçulardan ibarət “Lokomotiv Moskva”  klubunun yarımmüdafiəçisi Sofiya Stelmaxova telefon fırıldaqçılarının qurbanı olub.

TodayPress “Mash” teleqram kanalına istinadən xəbər verir ki, cinayətkarlar ulduz futbolçunu aldadaraq, onun valideynlərinin bütün pullarını ələ keçiriblər.

18 yaşlı futbolçu “klassik” sxem üzrə aldadılıb. Zəng edənlər özlərini “mobil operatorun nümayəndələri” kimi təqdim edib və SMS-dəki kodu əsas gətirərək müqavilənin müddətini uzatmağı təklif ediblər. Sonra özlərini “Mərkəzi Bankın işçisi” kimi təqdim edərək, Sofiyanı valideynlərinin hesablarına dair “məlumat sızması” ilə onu qorxudublar.

Cinayətkarlara inanan Stelmaxova valideynlərinin yanına gələrək, onların telefonlarını götürüb və hesablarındakı bütün pulları kartına köçürüb. Daha sonra isə o, 3,7 milyon rublu “təhlükəsiz hesaba” göndərib. 

Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Namiq HUN

tag: Fırıldaqçılıq, Stelmaxova, Dələduzluq, Rusiya, todaypress.az,