Futbol saxtakarları layiqli cəzalarını aldılar
Boliviya Futbol Federasiyasının İntizam Komitəsi futbolçunun yaşını saxtalaşdırdığı üçün “Avrora” klubunu cəzalandırıb.
TodayPress xəbər verir ki, araşdırma nəticəsində hücumçunun əsil adının Qabriel yox, Dieqo Montanyo olduğu, yaşının isə sənəddəki kimi 20 deyil, 25 olduğu müəyyənləşib.
Nəticədə “Avrora” klubun 33 xalı silinib. Forvard iki, klubun prezidenti Xayme Kornexo isə üç illik diskvalifikasiya edilib.
Qeyd edək ki, Montanyo “Avrora” ilə meydana çıxdığı 21 matçda 8 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Boliviya,Futbol,Avrora,Klub,Todaypress.az,