Futbol məşqçiləri zorakılığa görə cərimələndilər

İdman

31.08.2024 15:14

“Tottenhem” klubunun və Cənubi Koreya millisinin futbolçusu Son Hın Minin atası Son Un Junq öz akademiyasının üzvü ilə pis rəftar etdiyinə görə cərimələnib. Onunla birlikdə akademiyanın daha iki məşqçisi də sanksiyaya məruz qalıb.

TodayPress xəbər verir ki, məşqçilər pul cəriməsi ilə yanaşı, uşaqlara qarşı zorakılığın qarşısının alınmasına yönəlmiş təlim proqramı keçəcəklər. 

Qeyd edək ki, akademiya futbolçularından birinin valideyni polisə bildirib ki, bu məşqçilər məşqdə səhvlərinə görə uşaqlara qarşı nalayiq ifadələr işlədirlər. Bundan əlavə, valideyn oğlunun Yaponiyada təlim-məşq toplanışı zamanı künc bayrağı ilə vurulduğunu da bildirib.

Namiq HUN

tag: Tottenhem, Klub, Cənubi Koreya, Son Hın Min, Son Un Junq, Məşqçi, Yaponiya, todaypress.az,