Futbol matçındakı insidentin cəzası müəyyənləşdi
Hakim Halil Umut Meleri yumruqlayan klub rəsmisi üçün tələb olunan cəza məlum olub.
TodayPress xəbər verir ki, "Ankaragücü"nün sabiq prezidenti Faruk Kocanın məhkəməsində prokuror rəyi açıqlanıb.
Təhdid, hədə-qorxu, idmanda şiddət və nizamsızlığın qarşısının alınmasına görə qanunun pozulması, sümük sınıqlarına səbəb olacaq şəkildə qəsdən xəsarət yetirmə iddialarıyla Faruk Koca üçün 13 ilə qədər həbs cəzası istənilib.
Məhkəmə noyabrın 11-dək təxirə salınıb.
Qeyd edək ki, ötən mövsüm Türkiyə Super Liqasının XV turunda keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra klub prezidenti Faruk Koca meydana daxil olaraq hakim Halil Umut Melerə yumruq zərbələri endirib.
Namiq HUN
tag: Türkiyə, Halil Umut Meler ,Ankara ,Faruk Koca ,Məhkəmə ,todaypress.az,