Futbol matçında yüzlərlə azarkeş öldü
İdman
02.12.2024 15:57
Qvineyada futbol matçında azarkeşlər arasında baş verən qarşıdurma nəticəsində yüzlərlə insan ölüb.
TodayPress AFP-yə istinadən xəbər verir ki, hadisə Nzerekore şəhərində keçirilən final matçında, “Nzerekore” və “Labe” komandalarının oyununda baş verib.
Münaqişə komandalardan birinin xeyrinə mübahisəli penalti təyin edildikdən sonra yaranıb. Azarkeşlər hakimin qərarını ədalətsiz hesab edərək, meydançaya giriblər və daş atmağa başlayıblar. Bu da qarşıdurmaya səbəb olub.
Ölkənin baş nazir Amadu Ouri Ba sosial media səhifəsində hökumətin futbol matçına xələl gətirən insidentdən təəssüfləndiyini bildirib:
“İzdiham nəticəsində insan tələfatı var. Hökumət vəziyyəti izləyir və zərərçəkənlərə ilk tibbi yardım göstərən xəstəxana xidmətlərinə mane olmamaq üçün bir daha sakitliyə çağırır”.
Məlumatlara görə, hadisədən sonra şəhərdə meyitxana və xəstəxanalarda yer qalmayıb. Çünki qurbanların sayı yüzlərlə olub. Azarkeşlər arasında münaqişə şəhər küçələrində də davam edib.
Namiq HUN
tag: Futbol, Baş Nazir,Amadu Ouri Ba, Qvineya, todaypress.az,