Futbol matçında iki azarkeş həlak oldu
Çilinin “Kolo-Kolo” klubunun iki azarkeşi Libertadores Kuboku çərçivəsində “Fortaleza” ilə keçirilən matçdan əvvəl dünyasını dəyişib.
TodayPress “Marca” nəşrinə istinadən xəbər verir ki, hadisə “Kolo-Kolo”nun bileti olmayan bir qrup azarkeşinin oyun öncəsi stadiona daxil olmaq istədiyi zaman baş verib.
Polis izdihamı dağıdarkən iki azarkeş həlak olub. Stadion baş verən faciədən qarşılaşma start götürdükdən sonra tədricən xəbər tutub. İkinci hissənin ortalarında bir neçə azarkeş meydana qaçaraq oyunun dayandırılmasına səbəb olub.
Həmin fanatlar iki azarkeşin ölümündən sonra matçın davam etdirilməsinə etiraz olaraq belə addım atıblar.
Nəticədə stadionda oyunun ləğv edildiyi bildirilib.
Arenadan kənarda isə azarkeşlərlə polis arasında qarşıdurma davam edib.
Namiq HUN
tag: Kolo-Kolo,Fortaleza,Matç,Azarkeş,Ölüm,Todaypress.az,