Futbol matçı yanğın səbəbindən başa çatmadı
İdman
24.08.2024 11:00
Fransa üçüncü liqasının oyunu yanğın səbəbindən yarımçıq qalıb.
TodayPress xəbər verir ki, Fransa üçüncü divizionunun avqustun 23-də keçirilən “Orlean” – “Valansyen” matçı hesab 1:1 ikən dayandırılıb və azarkeşlərə “Stad de la Surs” stadionunu tərk etmək əmri verilib.
Buna səbəb arenaya yaxın yerləşən barda baş verən güclü yanğın olub. Matç təhlükəsizlik baxımından yarıda dayandırılıb. Stadion tez bir zamanda qatı, zəhərli tüstü ilə dolub.
Yanğınsöndürənlər böyük güclə alovlanan yanğını tez bir zamanda söndürüblər.
Namiq
HUN
tag: Futbol,Yanğın,Orlean,Valansyen,Stad de la Surs,todaypress.az,