Futbol matçı qasırğa səbəbindən təxirə salına bilər

İdman

30.10.2024 15:30

1608

Futbol üzrə İspaniya Kral Kubokunun ilkin təsnifat mərhələsində keçirilməli olan “Parla” - “Valensiya” matçı baş tutmaya bilər.

TodayPress yerli mətbuata istinadən xəbər verir ki, səbəb Madrid muxtar vilayətində qeydə alınan güclü qasırğadır.

Valensiya klubunun rəhbərliyi İspaniya Futbol Federasiyasına (RFEF) matçın başqa vaxtda keçirilməsi ilə bağlı məktub göndərib. 

Daha əvvəl görüşün bu gecə Bakı vaxtı ilə saat 00:00-da oynanılması nəzərdə tutulub.

Qeyd edək ki, əlverişsiz hava şəraiti İspaniyanın cənub-şərqində daşqınlara səbəb olub. 

Namiq HUN

tag: İspaniya, Daşqınlar,Bakı, RFEF, todaypress.az,