Futbol klubunun bazasında yanğın baş verdi
İdman
25.07.2024 15:44
“Zenit-2” futbol klubunun təlim-məşq toplanışlarını keçirdiyi bazada yanğın baş verib.
TodayPress Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Stavropol vilayətinin Jeleznovodsk şəhərində yaşanıb.
Hadisə zamanı bazada 40 nəfərə yaxın şəxs olub. Klub rəhbərliyi və bazada olan işçilər hadisənin spirtli içki qəbul edən futbolçular tərəfindən törədildiyini iddia ediblər.
Faktla bağlı araşdırma aparılır.
Namiq HUN
tag: Futbol, Zenit-2, Rusiya, Baza,Stavropol, todaypress.az,