Futbol hakimi oyun zamanı vəfat etdi
Rusiyanın Krasnoyarsk vilayətində futbol hakimi Artur İksanov oyun zamanı vəfat edib.
TodayPress yerli mətbuata istinadən xəbər verir ki, 45 yaşlı hakim Açinski şəhərinin “Stroitel” stadionunda Böyük Vətən Müharibəsində qələbənin 80 illiyinə həsr olunan turnir zamanı həyatını itirib.
Hakim qəfildən huşunu itirib və yerə yıxılıb.
Təcili yardım briqadasının bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Artur İksanovun ölümünün ilkin səbəbi ürək dayanması göstərilib.
Namiq HUN
tag: Rusiya,Hakim,Vəfat,Oyun,Todaypress.az,