Futbol funksionerinə xərçəng diaqnozu qoyuldu
Rusiyanın “Ural” futbol klubunun prezidenti Qriqori İvanova xərçəng diaqnozu qoyulub.
TodayPress xəbər verir ki, funksioner hazırda Almaniyada müalicə alır.
Komanda Premyer Liqaya vəsiqə qazanmasa, İvanov klubdan ayrıla bilər.
Qeyd edək ki, Qriqori İvanov 2003-cü ildən “Ural” klubunun prezidenti vəzifəsində çalışır. Yekaterinburq təmsilçisi onun rəhbərliyi altında iki dəfə Rusiya Kubokunun finalına yüksəlib.
Namiq HUN
tag: Rusiya, Ural, Qriqori İvanova, Almaniya, Yekaterinburq, todaypress.az,