Futbol funksioneri cinayətkarlara dəstək verməkdə ittiham olundu

İdman

20.11.2024 18:00

İngiltərənin “Nottingem Forest” və Yunanıstanın “Olimpiakos” futbol klublarının sahibi Evangelos Marinakis cinayətkar təşkilata dəstək verməkdə və idmanla bağlı zorakılığa təhrik etməkdə ittiham olunub.

TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, o, ötən il “Olimpiakos”la “Panatinaikos” arasında Afinada keçirilən voleybol matçından sonra güllələnərək həlak olan bir polis zabitinin ölümündə təqsirləndirilir.

Hadisədə ittiham olunan funksionerin məhkəmə qarşısına çıxacağı bildirilib.

Namiq HUN

tag: İngiltərə,Nottingem Forest,Yunanıstan,Olimpiakos,Evangelos Marinakis,todaypress.az,