Futbol dünyası Kristof Daumu itirdi

İdman

25.08.2024 12:21

2275

Tanınmış almaniyalı futbol mütəxəssisi Kristof Daum vəfat edib.

TodayPress xəbər verir ki, o, uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən 71 yaşında dünyasını dəyişib. 

Daum məşqçilik karyerasında Almaniyada “Köln”, “Bayer 04”, “Ştutqart”, “Ayntraxt”, Belçikada “Brügge”, Avstriyada “Austriya”, Türkiyədə “Beşiktaş”, “Fənərbağça”, “Bursaspor” klublarını çalışdırıb.

O, Rumıniya millisinin də baş məşqçisi olub.   Kristof Daum müxtəlif klublarla Almaniya, Avstriya və Türkiyə çempionu olub.   

Türkiyədə 3 dəfə ölkə çempionluğu qazanan mütəxəssis, həmçinin ölkə kuboku (2) və “Cümhurbaşqanlığı Kuboku”na (1) sahib olub.


Namiq HUN 

tag: Kristof Daum,futbol,xərçəng,vəfat,todaypress.az,