Futbol azarkeşi fan klubdan qovuldu

İdman

01.11.2024 20:00

PSJ klubu irqçiliyə görə azarkeşini cəzalandırıb.

TodayPress xəbər verir ki, həmin şəxs cənubi koreyalı yarımmüdafiəçi Li Kanq İnlə bağlı pis fikirdə olmaqda günahlandırılır.

Paris təmsilçisi məsələ ilə bağlı sosial mediada açıqlama yayıb:

“PSJ irqçiliyin heç bir formasına dözmür. Li Kanq İn ilə insidentdə iştirak edən fanat həmişəlik olaraq fan-klubdan qovulub. O, futbolçudan və məşqdən üzr istəyib”.

Münaqişə PSJ-nin “Marsel”lə oyunöncəsi məşqində baş verib. Azarkeş klubun oyunçularını salamlayıb və Li Kanq İn meydana daxil olanda “irəli, çinlilərim” qışqırıb.

Namiq HUN

tag: İrqçilik, Azarkeş, Cənubi Koreya, Paris, Li Kanq, todaypress.az,