Futbol agentinin 5 illik həsrətinə son qoyuldu

İdman

27.09.2024 14:43

2019-cu ildə faciəli şəkildə ölən futbolçu Emiliano Salanın agenti Mark Makey "Nant"dan 1,7 milyon avro komisyon alıb.

TodayPress xəbər verir ki, bu barədə "L’Équipe" məlumat yayıb.

Argentinalı futbolçu Emiliano Sala transferi rəsmiləşdirmək üçün Fransanın Nant şəhərindən Uelsin paytaxtı Kardiffə gedərkən təyyarə qəzası nəticəsində həlak olub. Hadisə futbolçunun iki gün əvvəl Uels klubuna keçidini tamamlayan müqaviləni imzaladıqdan sonra baş verib. 

"Kardiff" klubu FIFA və CAS ilə bu müqavilənin qanuniliyinə etiraz etsə də, iddiaların rədd edilməsi "Nant"a transfer pulunun qaytarılması ilə nəticələnib.

Agent Mark Makey də transferə görə ona çatacaq məbləği "Nant"dan tələb edib və istəyinə nail olub.

Namiq HUN

tag: Argentina ,Emiliano Sala ,Fransa ,Nant ,FIFA ,CAS ,todaypress.az,