Futbol agenti "Barselona"nı məhkəməyə verəcək
Futbol agenti İsaak Lopez İspaniyanın
"Barselona" klubunu məhkəməyə verəcək.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki,
buna 2022-ci ildə "Sevilya"dan kataloniya təmsilçisinə keçən Jül
Kundenin transferindəki 3 milyonluq komissiyanın hələ də ona ödənilməməsidir.
Müqavilə şərtlərində yer alan bəndə əsasən qarşı tərəf
ona sözügedən məbləği ödəməli olsa da, "Barsa" üzərinə düşən öhdəliyi
yerinə yetirmir.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi "Barselona"nın
heyətində 124 oyun keçirib və 6 qol vurub.
tag: Futbol, İsaak Lopez, Barsa, İspaniya, Sevilya, todaypress.az,