FTB snoubordçu mafiya başçısını axtarışa verdi
Kanadalı sabiq snoubordçu və olimpiyaçı Rayan Ceyms Ueddinq Federal Təhqiqatlar Bürocunun (FTB) 10 ən çox axtarılanlar siyahısına daxil edilib.
TodayPress agentliyə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti onun tutulmasına kömək edən məlumat üçün 10 milyon dollar mükafat təklif edib.
43 yaşlı şəxs mütəmadi olaraq Kolumbiyadan Kanada və ABŞ-a yüzlərlə kiloqram kokain daşıyan transmilli narkotik şəbəkəni idarə etdiyinə və çoxsaylı qətllərə görə axtarışdadır.
“Ueddinq Olimpiya Oyunlarının ağ yamaclarından ABŞ və vətəni Kanadanın şəhərlərinin küçələrində kokainin yayılmasına qədər yol getdi. Rəqiblərinin iddia edilən qətlləri onu çox təhlükəli bir insan edir” FTB-nin Los-Anceles ofisindən bildirib.
Xatırladaq ki, Rayan Ueddinq 2002-ci ildə Solt Leyk-Siti Qış Olimpiadasında snoubord yarışında 24-cü yeri tutub.
Namiq HUN
tag: FTB,Snoubord,Rayan Ceyms Ueddinq,Narkotik,Cinayət,Mafiya,Todaypress.az,