Frenki de Yonq futbol üzrə Avropa çempionatını buraxacaq
İdman
11.06.2024 01:45
Frenki de Yonq futbol üzrə Avropa çempionatını buraxacaq.
TodayPress xəbər verir ki, Niderland millisinin və "Barselona" klubunun yarımmüdafiəçisi fiziki durumu pis olduğu üçün turnirdə iştirak edə bilməyəcək.
Yarımmüdafiəçi milli komandaya kömək etmək istədiyi üçün bu xəbərə üzülüb. Frenki ayaq biləyindən aldığı zədədən hələ tam sağalmayıb və onun vəziyyətini daha da ağırlaşdıra bilməsi ehtimalı var. Bu səbəbdən Frenki Niderland yığmasındakı yerini tərk etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi aprelin sonlarında topuğundan zədə alıb və mövsümün sonuna kimi yaşıl meydanlardan kənarda qalıb. Bununla belə, mayın 29-da Niderland millisinin mətbuat xidməti Frenki de Yonqun da yer aldığı Avro-2024 üçün millinin yekun tərkibini açıqlayıb. .
Namiq HUN
tag: Niderland, "Barselona", Frenki de Yonq, AVRO-24, todaypress.az,