Fransız jurnalist Olimpiadanı işıqlandırmaqdan imtina etdi
“L'Incorrect” nəşrində çalışan fransız jurnalist Culiyet Brien, Parisdəki Olimpiadanı işıqlandırmaqdan imtina edib.
TodayPress xəbər verir ki, o, bu barədə öz “X” hesabında paylaşım edib.
Gənc jurnalist Oyunları “qəribə şou” adlandırıb.
“Vətənpərvər bir fransız qadını kimi mən bu qəribə şouda iştirak etməkdən imtina edirəm və səndən üzr istəyirəm, dünya” deyə Brien sözlərinə davam edib.
Töhfə Səməd
tag: Fransız, Jurnalist, Paris, Culiyet Brien, Qəribə Şou, todaypress.az,